(26.11.1954, Göyçay r-nunun Qarabaqqal k.) – hüquq elmləri ü.f.d. (2003), ədliyyə müşaviri.
1961 ildə Göyçay r-nunun Qarabaqqal k. orta məktəbinə daxil olub, 1972 ildə Bakı ş.-dəki 190 saylı orta məktəbi bitirib. 1980 ildə Azərb İnşaat-Mühəndisləri İnstitutunu bitirərək inşaatçı-mühəndis ixtisasına, 1998 ildə isə Azərb. Beynəlxalq Universitetini bitirərək hüquqşünas ixtisasına yiyələnib. 2003 ildə BDU-da “Məhkəmə tikinti-texniki ekspertizasının hüquqi və elmi-metodik əsasları” mövzusu üzrə dissertasiya müdafiə edərək hüquq elmləri ü.f.d. alimlik dərəcəsi alıb.
1984 ildən AR Ədliyyə Nazirliyinin Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya problemləri İnstitutunda Məhkəmə mühəndis-texniki ekspertizaları şöbəsinə rəhbərlik edib. Göstərilən ekspertiza sahəsinin yaradıcılarından biri olmaqla müxtəlif ixtisaslar üzrə onlarla ekspert kadrları hazırlayıb, elmi mövzulara rəhbərlik edib. 1987-90 illərdə MDB ölkələrində həmin ekspertizaların metodikalarının təkmilləşdirilməsi üzrə bir sıra beynəlxalq və regional seminar və konfranslarda məruzələr edib. 4 metodik vəsaitin, 25-dən çox elmi məqalənin müəllifidir. Ekspert ixtisas komissiyasının qərarı ilə “Yüksək dərəcəli məhkəmə eksperti” ixtisası dərəcəsi verilib. “Ədliyyə müşaviri” xüsusi rütbəsinə layiq görülüb.
Səmərəli əmək fəaliyyəti haqqında respublika mətbuatında bir sıra məqalələr çap olunub. Dəfələrlə qazandığı müvəffəqiyyətlərə görə Fəxri fərman, diplom və digər mükafatlarla təltif olunub.
Mənbə: “XXI əsr Azərbaycan ziyalıları”, Bakı, 2008, s. 162.