(1.8.1973, Göyçay r-nunun Potu k. – 14.2.1994, Kəlbəcər r-nu) – Birinci Qarabağ müharibəsi şəhidi.
Orta məktəbin 9-cu sinfini bitirəndən sonra Göyçay ş. 106 saylı Texniki Peşə Məktəbində sürücülük peşəsinə yiyələnib. Bakı ş.-də ilk hərbi xidmətini keçəndən sonra 1993 ildə 701 saylı batalyonun tərkibində Kəlbəcər r-nu uğrunda gedən döyüşlərdə iştirak edib. Son döyüşü 1994 ilin fevralında Murovdağ ərazisində olub. Bu döyüşlər zamanı Məmmədov itkin düşüb. 2007 il martın 29-da ona şəhid statusu verilib.
Məlumat ailəsindən alınıb.