(1.5.1916, Göyçay qəz. Роtu k. – 14.6.1966, Daşkənd, Özbəkistan SSR) – həkim, Özbəkistan SSR Ali Sovetinin deputatı (1964).
1932-34 illərdə Bakı Pedaqoji Texnikumunda, 1934-38 illərdə isə Sosial-İqtisad İnstitutunun Hüquq fakültəsində təhsil alıb. İnstitutu bitirəndən sonra 1943 ildə Bakı ş. Vəkillər Kollegiyasının üzvü seçilib. Sonralar qardaşının siyasi repressiyaya uğraması ilə əlaqədar Aşqabad ş. köçüb. 1948 ildə burada Tibb İnstitutunun Müalicə fakültəsini bitirib və 1948-51 illərdə Həsənqulu r-n, 1951-55 illərdə Nebitdağ, 1955-56 illərdə Cərco ş. səhiyyə şöbələrinin müdiri vəzifəsində çalışıb. Özbəkistan Respublikası rəhbərliyinin və SSRİ Səhiyyə Nazirliyinin yüksək mükafatını alıb.
1956 ildə qardaşının bəraət almasından sonra Bakı ş. Baş Səhiyyə İdarəsi aparatına köçürülüb. 1957 ildə SSRİ Səhiyyə Nazirliyinin təqdimatı ilə Termez ş. Surxandərya vilayət sanitar-epidemioloji xidmətinin baş həkimi təyin olunub. 1959 ildə оna Surxandərya vilayət səhiyyə şöbəsinin baş həkimi vəzifəsi həvalə olunur, sonra isə həm də Özbəkistan Səhiyyə Nazirliyi Kollegiyasının üzvü seçilir. Məmmədov Surxandərya və Qaşqadərya vilayətlərində səhiyyənin inkişafına və bu vilayətlərdə əhalinin sanitar təhsilinin təkmilləşdirilməsi işlərinə böyük töhfələr verib. Resp. epidemiya əleyhinə komissiyanın sədr müavini olarkən, 1965 ildə Özbəkistanda vəba epidemiyasının tüğyan etdiyi dövrdə Məmmədov Özbəkistanda bu epidemiyanın yayılmasının qarşısını alan tədbirlərin görülməsinə nail olur. Onun təşəbbüsü ilə 1966 ilin yanvarında Termez ş.-də vəbanın profilaktikasına dair Ümumittifaq elmi-praktik seminar təşkil olunur və keçirilir. Məmmədov Özbəkistan Resp. Ali Sovetinin və SSRİ Səhiyyə Nazirliyinin orden və medalları, habelə fəxri fərmanları ilə təltif olunub, təşəkkürnamələrini alıb. Məmmədov 1966 ildə vəfat edib və Bakı ş. dəfn olunub.
Mənbə: Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi.