(10.8.1998, Göyçay r-nunun Yeniarx k. – 17.10.2020, Tərtər-Ağdərə istiqamətində) – Vətən müharibəsi şəhidi.
2016-17 ildə Sumqayıtda hərbi xidmət keçmiş, 2020 ildə yenidən MAHHXHQ əsgəri rütbəsində Orduda xidmətə başlamışdır. Suqovuşan və Tərtər döyüşlərində iştirak etmişdir. 29.9.2020 ildə Suqovuşan ərazisində şəhid olmuşdur. Mingəçevir ş.-də dəfn edilib.
Ölümündən sonra Azərb. Resp. Prezidentinin sərəncamı ilə “Vətən uğrunda” (15.12.2020), “Suqovuşanın azad olunmasına görə” (24.6.2021), “Cəsur döyüşçü” (24.6.2021) medalları, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni (5.11.2022) ilə təltif edilmişdir.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.