(27.7.2000, Bakı ş. Sabunçu r-nu. – 21.10.2020, Xocavənd istiqamətində) – Vətən müharibəsi şəhidi.
14.1.2020 il tarixdə həqiqi hərbi xidmətə çağırılmışdır. 21 oktyabr 2020 il tarixdə Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Ölümündən sonra Azərb. Resp. Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda” (15.12.2020) və “Xocavəndin azad olunmasına görə” (24.6.2021) medalları ilə təltif edilmişdir.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.