(13.2.1989, İsmayıllı r-nunun Qubaxəlli k. – 2.10.2020, Suqovuşan istiqamətində) – Vətən müharibəsi şəhidi.
Həqiqi hərbi xidmətini bitirdikdən sonra 17.6.2011 il tarixində “N” saylı hərbi hissədə kiçik çavuş vəzifəsində xidmətə başlamışdır. 2 oktyabr 2020 il tarixində Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Ölümündən sonra Azərb. Resp. Prezidentinin sərəncamı ilə ”Vətən uğrunda” (15.12.2020), “İgidliyə görə” (24.6.2021) və “Suqovuşanın azad olunmasına görə” (24.6.2021) medalları ilə təltif edilmişdir.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.