(12.11.1956, Göyçay r-nunun Kürdşaban k.) – geoloq alim, geologiya-minerologiya ü.f.d. (2004), dos. (2008).
Orta məktəbi bitirdikdən sonra ADU-nun (indiki BDU) Geoloji coğrafiya fakültəsinin geologiya şöbəsinə daxil olub və 1979 ildə oranı fərqlənmə diplomu ilə bitirib. Əmək fəaliyyətinə də elə həmin ildə Azərb. Resp. Geologiya İdarəsinin (indiki Ekologiya və Təbii Sərvətlər Nazirliyi) Kiçik Qafqaz geoloji kəşfiyyat ekspedisiyasında texnik geoloq kimi başlayıb. 1980-99 illərdə AR Meliorasiya və Su Təsərrüfatı Komitəsinin (indiki Açıq Səhmdar Cəmiyyəti) “Azdövsutəslayihə” İnstitutunun Mühəndis geologiyası və hidrogeologiya şöbəsində böyük və aparıcı mühəndis kimi fəaliyyət göstərib. Sonralar universitetin “Faydalı qazıntılar” muzeyində baş laborant, Ümumi geologiya və hidrogeologiya kafedrasında laboratoriya müdiri, Hidrogeologiya və mühəndis geologiyası kafedrasında baş müəllim kimi çalışıb.
2008 ildən hal-hazıra qədər isə Hidrogeologiya və mühəndis geologiyası kafedrasında dosent kimi fəaliyyətini davam etdirir. 2004 ildə “Samur-Dəvəçi dağətəyi düzənliyinin Dördüncü dövr çöküntülərinin yeraltı sularının mövcud hidrogeoloji şəraiti və geologiyasına texnogenezin təsiri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib, geologiya-mineralogiya elmləri namizədi elmi adı alıb. 50-dən çox elmi əsərin, o cümlədən 1 dərslik, 2 monoqrafiya, 1 metodik göstəriş, 5 tədris proqramının müəllifidir. 2019 ildə “Tərəqqi” medalı ilə təltif olunub.
Əsərləri:
Gəncəçay-İncəçay çayları arası ərazinin yeraltı sularının regional ehtiyatının formalaşma şəraiti və onlardan su təchizatında istifadənin mümkünlüyü // J. Bakı Universitetinin Xəbərləri, təbiət elmləri seriyası, 2009, №4, s.130-135 (S.M.Kazımov, G.F.Həşimova);
Samur–Vəlvələ çayları arası ərazinin yeraltı su ehtiyatlarının formalaşma şəraiti, ekoloji vəziyyəti və istifadə perspektivliyi / II Xəzər Beynəlxalq Su Texnologiyaları Konfransının materialları, Bakı, aprel, 2014, s.102-106.
Mənbə: http://geology.bsu.edu.az/az/content/kafedranin_dosent_423