(25.12.1957, Göyçay ş.) – filoloq, filologiya ü.f.d., dos.
N.Tusi adına APİ-nin Dil-ədəbiyyat fakültəsini bitirib (1979). AMEA Nizami adına Ədəbiyyat İnstitutunda “Cənubi Azərbaycan ədəbiyyatında Sabir ədəbi məktəbinin davamçıları” mövzusunda dissertasiya müdafiə edərək filologiya e.n. elmi dərəcəsi alıb. 20-dən artıq elmi məqalənin müəllifidir. Hazırda Azərb. Kooperasiya Universitetinin Fəlsəfə və psixologiya kafedrasının dosentidir. Fəlsəfə üzrə “Milli şüur və onun formalaşması problemləri” mövzusunda doktorluq dissertasiyası üzərində işləyir.
Mənbə: https://aku.edu.az/felsefekafedra