(22.10.1979, Göyçay r-nunun Ulaşlı Şıxlı k.) – filoloq alim, filologiya ü.f.d. (2010).
1986-97 illərdə E.Seyidov adına Ulaşlı Şıxlı k. orta məktəbində təhsil alıb. 1997–2001 illərdə BDU-nun Filologiya fakültəsinin bakalavr pilləsində “Filologiya – Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə təhsil alıb və universiteti fərqlənmə diplomu ilə bitirib. 2001-03 illərdə BDU-nun magistratura pilləsində “Ədəbi tənqidin nəzəriyyəsi və tarixi” ixtisası üzrə təhsil alıb və universiteti fərqlənmə diplomu ilə bitirib. 2005-08 illərdə BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının əyani doktorantı olub. 2010 ildə “Azərbaycan Cümhuriyyətinin bədii nəsrdə təcəssümü” mövzusunda dissertasiya müdafiə edib filologiya ü f.d. elmi dərəcəsi alıb.
2013 ildən BDU-nun “Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə” elmi-tədqiqat laboratoriyasında elmi işçidir. BDU-da və digər ali məktəblərdə müasir Azərb. ədəbiyyatı, Azərb. dili və nitq mədəniyyəti kimi fənləri tədris edib. Hazırda “Azərbaycan nəsrində bədii-estetik təkamül ritmi: janr ənənələrinin transformasiyası (1980–2020 illər)” mövzusunda doktorluq dissertasiyasını başa çatdırmaqdadır.
Resp. və xarici ölkə mətbuatında, bir sıra nüfuzlu nəşrlərdə onun elmi məqalələri işıq üzü görüb. Elmi kofranslarda iştirak edib.
Əsərləri:
“Azərbaycanlı türk şairi Hüseyn Cavid” (tərcümə). Bakı, Elm nəşriyyatı (2002);
“Söz zamanın sınağında” (monoqrafiya). Bakı, Şirvannəşr (2004);
“Azərbaycan Cümhuriyyəti bədii nəsrdə”. Bakı, Elm və Təhsil (2009);
“Sözün yaddaş ağrısı”. Bakı, Təhsil (2020).
Mənbə: http://static.bsu.az