(19.2.1958, Göyçay r-nunun Alıkənd k. – 12.11.1995, Murovdağ istiqamətində) – Birinci Qarabağ müharibəsi şəhidi.
Orta məktəbi bitirdikdən sonra ilk hərbi xidmətini 1977-79 illərdə RF-nın Çita ş.-də keçib. Hərbi xidmətdən sonra Vətənə qayıdaraq Mingəçevir Politexnik Texnikumunda təhsil alıb. Elə o vaxtdan da həyatını bu şəhərlə bağlayıb. Burada Təmir-Tikinti İdarəsində çalışıb. 1992 ilin mayında zabit kimi könüllü olaraq hərbi xidmət keçmək və torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda döyüşlərə qatılmaq üçün Qarabağ cəbhəsinə yola düşüb. Bir müddət “N” saylı hərbi hissədə motoatıcı taborun bölük komandiri olub. Ağdam, Tərtər, Kəlbəcər bölgələrində döyüşüb. 1995 ilin noyabrında Murovdağın azad olunması uğrunda gedən döyüşlərin birində şəhidlik zirvəsinə ucalıb və doğulduğu kənddə torpağa tapşırılıb. Ölümündən sonra ona baş leytenant hərbi rütbəsi verilib.
Məlumat ailəsindən alınıb.