(1.1.1925, Göyçay ş.-31.8.2013, Santa-Monika ş.) – Azərbaycan ədəbiyyatında elmi-fantastika janrının görkəmli nümayəndəsi, nasir, publisist, tərcüməçi, AYB- üzvü (1954).
Burada orta məktəbi bitirdikdən sonra, 1943-45 illərdə ordu sıralarında xidmət edib. Ordudan tərxis edildikdən sonra 1945-50 illərdə ADU-nun Filologiya fakültəsində təhsil alıb.
1948 ildən əmək fəaliyyətinə başlamış, müxtəlif məsul vəzifələrdə çalışmışdır. Baş Mətbuat idarəsində senzor (1948-52), “Azərbaycan qadını” jurnalı redaksiyasında məsul katib (1955-66), “Azərbaycan pioneri” qəzeti redaksiyasında məsul katib (1967-71), Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində böyük redaktor (1973-82), 1982 ildən isə ştatdankənar müxbir vəzifələrində işləmişdir. Ədəbi yaradıcılığa şeirlə başlasa da, elmi fantastikaya və bədii tərcüməyə üstünlük verib. “RT-1” adlı ilk elmi-fantastik hekayəsi 1952 ildə “Pioner” jurnalında dərc edilmişdir. “Günəş şəhəri” adlı ilk elmi-fantastik hekayələr toplusu 1953, “Muğanda qütb parıltısı” adlı hekayələr məcmuəsi isə 1954 ildə çapdan çıxmışdır. Emin Mahmudov elmi fantastika janrında “Kainat gəmisi”, “Veneranın göyləri od içindədir”, “Zülmət dənizi”, “Atlant qızı” və s. povestlərin, çox sayda hekayələrin müəllifidir.
Emin Mahmudov publisist, jurnalist və tərcüməçi kimi də fəaliyyət göstərmişdir. Onun elmi-kütləvi, yumoristik, satirik məqalələri, kiçik hekayə və miniatürləri dövrü mətbuatda dərc olunmuşdur. Yazıçı bir çox Azərbaycan müəlliflərinin əsərlərini rus dilinə, çox sayda xarici müəlliflərin əsərlərini isə doğma dilimizə tərcümə etmişdir. Xidmətlərinə görə medallarla təltif edilib.
1992 ildə Amerika Birləşmiş Ştatlarına mühacirət edən Emin Mahmudov ömrünün son illərini Los-Anceles ş. yaşayıb və 31 avqust 2013 ildə Santa-Monika şəhərində dünyasını dəyişib.
Mənbə: Azərbaycan ədəbiyyatında fantastika janrının görkəmli nümayəndəsi: metodik vəsait / tərt. ed. T.Hacıyeva; ix. red. və bur. məs. Ş.Qəmbərova; F.Köçərli adına Respublika Uşaq Kitabxanası. Bakı, 2016, s.19