(1.3.1913, Göyçay ş.–9.7.1985, Bakı ş.) – Əməkdar mühəndis.
Azərb. Kənd təsərrüfatı İnstitutunu (1935) və Ukraynanın Melitopol ş. yerləşən Kənd Təsərrüfatı Akademiyasını (1937) bitirmişdir. Sonra Göyçayda yeni təşkil olunmuş Kənd təsərrüfatının mexanikləşdirilməsi və elektrikləşdirilməsi texnikumuna müəllim təyin olunmuşdur. Böyük Vətən müharibəsi başlayanda cəbhəyə yola düşmüş və Berlinə qədər şərəfli döyüş yolu keçmişdir. Mahmudov savadlı və bacarıqlı mühəndis kimi cəbhədə döyüş zamanı zədələnmiş texnikaların operativ surətdə təmir olunaraq yenidən istifadəyə verilməsində də özünü göstərmişdir. Müharibə bitdikdən 6 ay sonra Mahmudov Göyçaya qayıdır və burada öz peşəsini davam etdirir. Sonralar o, uzun müddət (1950-60) Göyçay Kənd təsərrüfatının mexanikləşdirilməsi və elektrikləşdirilməsi texnikumunun direktoru vəzifəsində çalışmışdır. Daha sonra Mahmudov r.-da təzəcə açılmış maşın təmiri emalatxanasına müdir təyin olunmuşdur. O, öz gərgin əməyi sayəsində bu emalatxananın böyük bir zavoda çevrilməsinə nail olmuş və 1966 ilədək bu zavodda direktor vəzifəsində çalışmışdır. Həmin ilin yanvarında Azərb. KTN-nin dəvətilə o, bu nazirliyə ixtiralar və səmərələşdirici təkliflər şöbəsinə müdir təyin olunmuş, ömrünün sonuna qədər bu vəzifədə çalışmışdır.
Məlumat ailəsindən alınmışdır