(1.1.1947, Göyçay r-nunun Şahsoltanlı k.) – texnika e. n. (1970), dos.
1969 ildə orta məktəbi bitirib AzTU-nə daxil olur. 1970 ildə orada təhsilini başa vuran T.Mahmudov bir müddət sonra Moskvada dissertasiya müdafiə edərək texnika e.n. alimlik dərəcəsi alır. Hazırda Memarlıq və İnşaat Universitetinin dos.-dir. O, 1978-83 illərdə hazırkı Memarlıq və İnşaat Universitetində, 1985-88 illərdə Memarlıq və İnşaat Elmi-Texniki İnstitutunda inşaat elminin təşkili və inkişafı, tikinti sahəsində mühüm əhəmiyyətli elmi tədqiqat işlərinin aparılması ilə məşğul olub.
60-dək elmi əsər və kəşflərin müəllifidir. Yaponiyada, Portuqaliyada, Hindistanda və s. yerlərdə keçirilən elmi forumlarda iştirak edib. 1982 ildə Yaponiyanın Tokio Universitetində elmi məzuniyyətdə olub. İngilis, rus, yapon dillərində mükəmməl danışır.
Məlumat V. Abdullayevdən alınıb.