(21.1.1970, Göyçay r-nunun Cəyirli k.–8.10.1992, Füzuli r-nu ətrafında) – Birinci Qarabağ müharibəsi şəhidi.
İlk hərbi xidmətini Rusiya Federasiyasının Çita vilayətində keçib. 1992 ilin iyun ayında hərbi xidməti başa vuraraq vətənə qayıdıb. Həmin ilin avqustunda isə Milli Ordu sıralarına çağırılıb. Bakıda hərbi təlim keçəndən sonra Füzuli bölgəsinə göndərilib. Burada o, vzvod komandiri təyin olunub. 1992 il oktyabrın 8-də Füzuli r-nunun Dövlətyarlı k. uğrunda gedən qanlı döyüşlərdə qəhrəmancasına şəhid olub. Maqsudov doğulduğu Cəyirli k. qəbiristanlığında dəfn olunub.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.