(6.8.1972, Göyçay r-nunun İnçə k.–9.1.1994, Füzuli r-nu ərazisində) – Birinci Qarabağ müharibəsi şəhidi.
O, ilk hərbi xidmətini Rusiya Federasiyasının Buryatiya vilayətinin Klyaxta ş.-də keçib. Sonra vətənə qayıdaraq 1992 ilin dekabrında könüllü olaraq cəbhə bölgəsinə yola düşüb. Onun ilk döyüş yolu Kəlbəcərdən, sonra Murov yüksəkliyindən başlayıb. Burada baş verən döyüşlərin birində yaralanır, Gəncə hospitalında müalicə olunaraq yenidən cəbhəyə qayıdır. Bu dəfə isə Beyləqan r-nunun müdafiəsinə yollanır. Calalın son döyüş yeri 1994 il yanvarın 9-da Füzuli r-nu ətrafında olur. Burada o, Bəytəpə yüksəkliyinin alınmasında fəal iştirak edir. Bu döyüşdə snayper gülləsindən ağır yaralanaraq şəhidlik zirvəsinə ucalır. Mehdiyev doğma k.-də dəfn olunub.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.