(6.8.1972, Göyçay r-nunun İnçə k. – 8.1.1994, Beyləqan r-nu) – Birinci Qarabağ müharibəsi şəhidi.
İlk hərbi xidmətini RF-nin Buryatiya vilayətinin Klyaxta ş.-də keçib. Sonra Vətənə qayıdaraq 1992 ilin dekabrında könüllü olaraq cəbhə bölgəsinə yola düşüb. Onun ilk döyüş yolu Kəlbəcərdən, sonra Murov yüksəkliyindən başlayıb. Burada baş verən döyüşlərin birində yaralanıb, Gəncə hospitalında müalicə olunaraq yenidən cəbhəyə qayıdıb. Bu dəfə isə Beyləqan r-nunun müdafiəsinə yollanıb. Calalın son döyüş yeri 1994 il yanvarın 9-da Füzuli r-nu ətrafında olub. Burada o, Bəytəpə yüksəkliyinin alınmasında fəal iştirak edib. Bu döyüşdə snayper gülləsindən ağır yaralanaraq şəhid olub. C.Mehdiyev doğma k.-də dəfn olunub.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.