(1.7.1924, Göyçay r-nunun Qaraman k.–14.3.1987, Göyçay ş.) – 2 dəfə “İgidliyə görə”, “Qafqazın müdafiəsinə görə” medalları, “Qızıl Ulduz”, “Birinci dərəcəli Böyük Pyotr Ordeni”ləri laureatı
Orta təhsilini 7 illik Qaraman k. məktəbində alıb. 1938 ildə Göyçay Pedaqoji Texnikumuna daxil olub. Oranı bitirdikdən sonra 1941-42 illərdə Göyçay r-nunun Qaraman k. məktəbində müəllim kimi fəaliyyət göstərib. 1942 ildə hərbi xidmətə çağırılıb, İkinci dünya müharibəsində (1942-43) alman faşizminə qarşı 18-ci ordunun tərkibində döyüşlərdə iştirak edib. Şimali Qafqazda gedən Krasnodar, Maykop, Temruq, Gəlincik, Anapa kimi ş.-lərin azadlığı uğrunda gedən döyüşlərdə faşistlərə qarşı cəsarətlə vuruşub. 1943 ildə Novorossiysk uğrunda gedən döyüşlərdə yaralanıb və ordudan tərxis olunub. İştirak etdiyi döyüşlərdə göstərdiyi şücaətlərə görə orden və medallarla təltif edilib. Müharibədən qayıtdıqdan sonra, yenidən müəllimlik fəaliyyətini davam etdirib. 1965 ildə BDU-nun Fizika-riyaziyyat fakütəsinə qəbul olub. 1943-85 illərdə Göyçay ş.-də müxtəlif məktəblərdə fizika-riyaziyyat müəllimi işləyib.
Məlumat F.Mehdiyevdən alınıb