(15.4.1948, Ucar ş.) – pedaqoq, fizika-riyaziyyat ü.f.d. (1984), Əməkdar müəllim (2015).
BDU-nun Fizika fakültəsini fizika müəllimliyi ixtisası üzrə bitirib (1970). Sonra r-da pedaqoji fəaliyyətə başlayıb. 1970–2020 illərdə Göyçay ş. 9 və 2 saylı orta məktəblərdə fizika fənnini tədris edib. 1987 ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində SSRİ müəllimlərinin təkmilləşdirilməsi kursunu bitirib. 1990 ildə onun müəllimlərə və abituriyentlərə yardım məqsədilə yazdığı “Elementar fizika” kitabı “Maarif” nəşriyyatı tərəfindən çapdan çıxıb. 2018 ildə isə həmin kitabın yenidən işlənmiş ikinci nəşri işıq üzü görüb. Mikayılov 20-dən çox elmi və metodiki məqalənin müəllifidir. O, 2008 ildə Göyçay R-n İcra Hakimiyyətinin Fəxri fərmanı ilə təltif olunub. “Tərəqqi” medalı (2010) və SSRİ maarif əlaçısı (1983) adına layiq görülüb.
Məlumat V.Abdullayevdən alınıb.