(6.12.1958, Göyçay r-nunun Mollahacılı k. – 11.12.1993, Beyləqan r-nu ərazisində) – Birinci Qarabağ müharibəsi şəhidi.
Qızılağac k. orta məktəbini bitirdikdən sonra Ukraynanın Dnepropetrovsk Metallurgiya İnstitutuna qəbul olub və buranı qırmızı diplomla bitirib. “Azərbaycan Boru Prokat” zavodunda iqtisadi təhlil laboratoriyasının müdiri vəzifəsində çalışıb. Ehtiyatda olan zabit kimi orduya çağırılıb. Beyləqan r-nunun müdafiəsi zamanı şəhid olub. Doğulduğu Mollahacılı k.-də torpağa tapşırılıb.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.