Mir İsmayıl Ağa ocağı adı ilə tanınan bu ziyarətgah r-n qəbristanlığı ərazisində yerləşir. Bu qəbir 1880-1974 illərdə yaşamış Mir İsmayıl Mir Mövsüm Ağa oğluna aiddir. Bu qəbrin yanında nar ağacı əkilmiş, qəbrin üzərində ağ dəmirdən günbəz inşa dilmişdir. Bu ocağa adətən övladı olmayanlar gəlirlər. Yerli sakinlərin inancına görə, ziyarətgaha gələn insanlar həmin nar ağacına parça bağlayır və həmin qəbrin üzərində şam yandırırlar.
Mənbə: İ.Musayev. “Göyçay rayonundaki dini abidələr və tarixi şəxsiyyətlər”, Bakı, İpəkyolu, 2014, s. 111