oyk., düz. Göyçay r-nunun Şəhadət i.ə.v.-də kənd. Dağətəyi ərazidədir.Yaşayış məntəqəsini vaxtilə Mirzə Hüseyn adlı şəxs saldığına görə onun adı ilə adlandırılmışdır. Kənd Göyçayın Ağdaşla sərhəddində yerləşir.
Əd.: Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Bakı, “Şərq-Qərb”, 2007, II cild, s.112