(1960, Göyçay r–nu) – iqtisadçı, iqtisad e.n. (2009).
D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun (indiki ADİU) Xalq təsərrüfatının planlaşdırılması və iqtisadiyyatı fakültəsini bitirib (1984). “Azərenerji” İstilik şəbəkələri və suqızdıran qazanxanalar müəssisəsində böyük iqtisadçı (1982-87), həmin müəssisədə direktor müavini (1987-2000), Bakı ş. İH “Bakı istilikşəbəkə” İB-da Baş direktor müavini (2000-01), Bakı ş. İH 2 saylı İstilik idarəsində rəis müavini (2001-04), Bakı ş. İstilik idarəsində rəis müavini (2004-05) vəzifələrində işləyib. 2005 ildə “Azəristiliktəchizat” ASC Sədr müavini vəzifəsinə təyin olunub. 2006-09 illərdə AR İqtisadi İnkişaf Nazirliyi İqtisadi İslahatlar Mərkəzinin dissertantı olub. 2009 ildə “Azərbaycanın istilik təchizatı sisteminin inkişafının modelləşdirilməsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək iqtisad e.n. elmi dərəcəsi alıb. AR Prezidenti İlham Əliyevin 2022 il fevralın 7–də imzaladığı Sərəncama uyğun olaraq Mirzəliyev “Azəristiliktəchizat” ASC-nin Sədri vəzifəsinin müvəqqəti icraçısı təyin olunub.
“Tərəqqi” medalı ilə təltif olunmuşdur (2015)
Mənbə: Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi