Mirzə Beydulla Həmid oğlu (XIX əsrin sonu – XX əsrin əvvəlləri, Göyçay qəz. Bığır k.) – din xadimi.
İlk təhsilini Bığır k.-də almışdır. Daha sonralar təhsilini davam etdirmək üçün İrana getmişdir. İranın böyük üləmalarından dərs almışdır. Xorasanda, Məşhəddə mirzəlik məktəbində oxumuşdur. Buxarada, Səmərqənddə təhsilini davam etdirmiş alim burada şəriət elmlərinə yiyələnmiş və orada işləmişdir. Ömrünün sonlarına yaxın Xarkovda İslam Mədrəsəsində işləmişdir. 1920 ildə son məktubunu yazmışdır. Sovet hakimiyyəti qurulduqdan sonra heç bir məktub yazmamışdır. Xorasanda mirzəlik məktəbini bitirdiyi zaman çəkdirdiyi fotoşəkil ondan bir xatirə olaraq qalmaqdadır.
Mənbə: İ.Musayev. “Göyçay rayonundakı dini abidələr və tarixi şəxsiyyətlər”, Bakı, “İpəkyolu“, 2014, s. 97-98.