(1879, Şamaxı – ?) – din xadimi.
Məşhur din xadimlərindən biri də Molla Tapdıq olmuşdur. Molla Tapdıq 1879 ildə Şamaxı r-nunda anadan olmuşdur. O, M.Ə.Sabir, S.Ə.Şirvani kimi insanlardan dərs almışdır. Şamaxıda baş vermiş zəlzələdən sonra buraya gəlmiş və burada məskunlaşmışdır. Hacı Mehdi Axund Göyçayda axund olan dövrdə onun təhsilli olduğunu görür və onu Potu k. məscidinə imam təyin edir. O burada imamlıq etməklə bərabər, həm də məscidin hücrəsində insanlara dərs verir. Axund həbs olunana qədər həmin məsciddə imamlıq etmişdir.
O, 1939 ildə represiya qurbanı olaraq siyasi məhbus kimi həbs olunmuş, 15 il həbs cəzası almış və Qazax r-nuna sürgün edilmişdir. Sonrakı həyatı haqqında məlumat yoxdur.
Mənbə: İ.Musayev. “Göyçay rayonundakı dini abidələr və tarixi şəxsiyyətlər”, Bakı, “İpəkyolu“, 2014, s. 85.