oyk., sadə. Azərb. Resp. Göyçay r-nunun Qızılağac i.ə.v.-də kənd. Şirvan düzündədir. Yaşayış məntəqəsi Molla Hacı nəslinə mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Oykonim “Molla Hacının nəslindən olanlar, mollahacılılar” mənasındadır.
Mənbə: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. II cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 115.