oyk., sadə. Göyçay r-nunun Qızılağac i.ə.v.-də kənd. Şirvan düzündədir. Yaşayış məntəqəsi molla hacı nəslinə mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Oykonim “Molla Hacının nəslindən olanlar, mollahacılılar” mənasındadır.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. II cild, Bakı, “Şərq-Qərb”, 2007, s.115