(XVII əsrin ikinci yarısı, Göyçay r-nunun Xəlilli k.–XVIII əsrin birinci yarısı) – el şairi.
Atası dəllək olmuşdur. Murad da bu sənəti atası vasitəsilə öyrənmişdir. Ona görə də “Dəllək Murad” demişlər. Kəndin bəyi ilə aralarında narazılıq yaranmış və onu öldürmüşdür. Bu hadisədən sonra Dəllək Murad Göyçay r-nunun Ləkçıraq k. köçmüşdür. Ləkçıraq k.-də onun adını daşıyan məhəllə də vardır. Dəllək Murad aşıqlıq etməmişdir. Aşıq şeiri üslubunda yüksək sənət nümunələri yaratmışdır. Onun şeirləri daha çox nəsihətamiz səciyyəli olduğu üçün tezliklə yayılmış, aşıq məclislərinə ustadnamə kimi yol tapmışdır. Dastanların əvvəlində ustadnamə kimi onun şeirlərinə daha çox müraciət edilir.
Əd.: “Ozan-aşıq ensiklopediyası”. (2 cilddə), Aşıqlar Birliyi, “Gənclik” nəşriyyatı,II cild, Bakı, 2020, s. 159