(1.4.1974, Göyçay r-nunun Mırtı k. – 11.2.1994, Füzuli r-nu) – Birinci Qarabağ müharibəsi şəhidi.
1993 ilin aprelində hərbi xidmətə çağırılıb. İki ay Cəlilabad r-nunda təlim-məşq toplantısı keçəndən sonra cəbhə bölgəsinə yollanıb. O, Qızılqaya və Şişqaya yüksəklikləri ətrafında gedən döyüşlərdə şücaət göstərib. 1994 ilin fevralında isə həmin döyüşlər zamanı şəhid olub. Doğulduğu kənddə dəfn olunub.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.