(1910, Göyçay qəz. Şəkər k. – 1989) – aşıq.
Əbülfəzin atası Şükür də aşıq olmuşdur. Aşıqlığa maraq da elə ailədən başlamışdır. Atası ona sənəti öyrənməkdə, aşıq kimi yetişməkdə həmişə yardımçı olmuşdur. Aşıq dastanlarının yaxşı ifaçısı və söyləyicisi olmuşdur. Saz havalarını dəqiqliklə çala bilmək qabiliyyəti varmış. “Nigar-Mahmud”, “Ordubadlı Kərim” dastanlarının mükəmməl variantları onun dilindən yazıya alınmışdır. Aşıq şeirinin müxtəlif şəkillərində nümunələr yaratmışdır.
Mənbə: “Ozan-aşıq ensiklopediyası”. 2 cilddə, Aşıqlar Birliyi, “Gənclik” nəşriyyatı, II cild, Bakı, 2020, s. 160.