(2.8.1920, Göyçay qəz. Potu k. – 28.5.1997, Göyçay ş.) – səhiyyə işçisi, Əməkdar həkim (1960).
Ə.Musayev 1938 ildə Göyçay ş. 1 nomrəli orta məktəbini əlaçı attestatı ilə bitirərək həmin ildə Azərb. Dövlət Tibb İnstitutuna imtahansız qəbul olunub. 1942 ildə ATU-nu bitirdikdən sonra Zərdab r-nu Malyariya Stansiyasının müdiri vəzifəsinə təyin edilib. 1942-45 illərdə həmin vəzifədə işləmiş, 1946 ilin yanvar ayında Göyçay r-nu Malyariya Stansiyasının müdiri vəzifəsinə təyin edilmişdir. 1956-76 illərdə Göyçay Mərkəzi Xəstəxanasının baş həkimi və r-n səhiyyə şöbəsinin müdiri, 1976-92 illərdə Göyçay Sanitar maarifləndirmə şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Ə.Musayev 50 il səhiyyə sistemində qüsursuz fəaliyyət göstərmişdir. Zərdab və Göyçay r-nlarında malyariya xəstəliyinin müalicəsində onun böyük əməyi vardır. O, Göyçay r-nunda difteriya, skarlatin, yatalaq, qarın yatalağı, polimiyelit və s. xəstəliklərin aradan qaldırılmasında böyük təşkilatçılıq işi aparmışdır. Sanitariya mədəniyyətinin yüksəldilməsi uğrunda keçmiş Sovet İttifaqında məşhur olan Göyçay hərəkatının təşkilatçılarından biri sayılır. R-n partiya komitəsinin plenum üzvü, r-n Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin üzvü olmuşdur.
Musayev SSRİ Səhiyyə Nazirliyinin “səhiyyə əlaçısı” döş nişanı (1956) və “Şərəf nişanı” ordeni ilə (1961) təltif edilmiş, dəfələrlə Azərb. SSR Səhiyyə Nazirliyinin fəxri fərmanlarına layiq görülmüşdür.
Məlumat A.Məmməd tərəfindən təqdim olunub.