(24.6.1986, Göyçay r.) – pedaqoq, ilahiyyat ü.f.d. (2013), ilahiyyatçı.
1992 ildə Göyçay r-nu Nizami Gəncəvi adına 7 saylı orta məktəbinin birinci sinifinə daxil olmuş və 2003 ildə orta məktəbi bitirib. Həmin il Bakı İslam Universitetinin Zaqatala şöbəsinin İlahiyyat fakültəsinə daxil olub, 2008 ildə universiteti fərqlənmə diplomu ilə bitirib. 2008 ildə Türkiyə Resp. Uludağ Universiteti Sosial Elmlər İnstitunun Fəlsəfə və Din Elmləri kafedrasında magistratura pilləsində təhsilini davam etdirmişdir. 2010 ildə “Azərbaycanda ailədə dini təhsil” adlı dissertasiyanı müdafiə edərək Din Pedaqogikası üzrə magistr dərəcəsi almışdır. 2010 ildə həmin universitetdə doktorantura təhsilinə başlayan Musayev, 2013 ildə “Əlillərin dini təhsili” adlı dissertasiyanı müdafiə edərək doktorluq elmi dərəcəsi almışdır.
2014 ilin yanvar ayından 2021 ilin sentyabr ayına qədər Türkiyə Resp. Hakkari Universitetində, 2021 ilin sentyabr ayından etibarən Kastamonu Universitetinin İlahiyyat fakültəsi Fəlsəfə və Din Elmləri kafedrasında dos. əvəzi müəllim kimi elmi fəaliyyətinə davam etməktədir. 2016-20 illərdə Hakkari Universitetində Fəlsəfə və Din Elmləri kafedrasında müdir, 2017-20 illərdə Sosial Elmlər İnstitutunda müdir müavini və “Doğu Anadolu Sosyal Bilimlerde Eğilimler” elmi jurnalının redaktoru olmuşdur. Hazırda Kastamonu Universiteti Türk Dünyası Uyğulama və Araşdırma Mərkəzinin müdir müavinidir.
İ.Musayev dini təhsilin, xususilə Azərb.-da dini təshilin və müxtəlif sahələrdəki dini təhsilin aktual problemlərinə dair 15-ə yaxın elmi məqalənin, “Ailədə dini təhsil və tərbiyə” (2012), “Göyçay rayonundakı dini abidələr və tarixi şəxsiyyətlər” (2014), “Engelli Bireylerin Din ve Değerler Eğitimi” (2016) adlı 3 elmi kitabın və həmmüəllifi olduğu kitablarda nəşr edilən “Engelli Bireye Sahip Ailelerde Din Eğitimi” (2018), “Azerbaycanda Din Devlet İlişkileri ve Din Eğitimi” (2020) adlı 2 elmi araşdırmanın müəllifidir. İ.Musayev bir çox beynəlxalq simpoziumların təsisində və elmi heyətində yer almış, Türkiyə, Qazaxıstan, Fələstin və b. keçirilən beynəlxalq simpozium və tədbirlərdə məruzə ilə çıxış etmişdir. Bununla yanaşı ixtisası ilə əlaqədar olaraq müxtəlif qurumlarda konfranslar vermişdir. 2015 ildə Əngelsiz Türkiyə Ödülləri çərçivəsində Türkiyə Respublikası Ailə və Sosial Politikalar Nazirliyi və Təhsil Nazirliyi tərəfindən “Engelsiz Türkiyə Dostu” mükafatı ilə təltif edilmişdir.
Məlumat A.Əhmədlidən alınıb.