(2.8.1944, Göyçay ş. – 15.11.2019, Bakı ş.) – həkim-cərrah, tibb ü.f.d. (1974).
Musayev 1951-62 illərdə Göyçay ş. 3 saylı orta məktəbdə təhsil alıb və məktəbi qızıl medalla bitirib. 1962 ildə ATU-nun Müalicə-profilaktika fakültəsinə daxil olub. 1967 ildə institutu fərqlənmə diplomu ilə başa vurub. 1967-72 illərdə Azərb. Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Döş Cərrahiyyəsi kafedrasında çalışıb. 1972 ildə Azərb. Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Ürək Cərrahiyyəsi şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Tibb sahəsindəki fədakar əməyinə görə “Səhiyyə əlaçısı” fəxri adına layiq görülüb. 1994 ildə Travmatologiya və Ortopediya kafedrasında uşaq şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Yaxşı işinə görə dəfələrlə fəxri fərmanlara layiq görülüb.
Məlumat A.Məmməddən alınıb.