(27.7.1947, Göyçay ş.) – Fizika-riyaziyyat elmləri namizədi (1980).
1947 il iyulun 27-də Göyçay şəhərində anadan olub. 1965-70 illərdə BDU-nin fizika fakültəsində təhsil alıb. 1973-74 illərdə AMEA Fizika institutunda mühəndis vəzifəsində çalışıb. 1975-79 illərdə Rusiyanın Fizika-Energetika İnstitutunun aspirantı olub. 1980 ildə Moskva şəhərində dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmlər namizədi alimlik dərəcəsi alıb. 1982-84 illərdə Moskva şəhərindəki Ümumittifaq Atom energetikası Elmi-tədqiqat institutunda kiçik elmi işçi, 1984-86 illərdə Moskva şəhərindəki Ümumittifaq nəzarət-ölçü istehsalat birliyi institutunda baş elmi işçi, 1986-89 illərdə isə Tibbi-bioloji problemlər institutunda Sektor müdiri vəzifəsində çalışıb. 1990-2011 illərdə BDU Radiasiya və onun ətraf mühitə təsiri fakultələrarası Elmi tədqiqat Laboratoriyasında laboratoriya rəhbəri olub. 29 elmi əsəri müxtəlif jurnallarda çap edilib. Hazırda “Radiasiya və onun ətraf mühitə təsiri” fakültəarası ETL-in aparacı elmi işçisidir.
Mənbə: V.Abdullayev, R.Quliyev. Çinarlı yurdun övladları (əlyazması hüququnda), s. 25