(27.7.1947, Göyçay ş.) – fizika-riyaziyyat ü.f.d. (1980).
1965-70 illərdə BDU-nun Fizika fakültəsində təhsil alıb. 1973-74 illərdə AMEA Fizika İnstitutunda mühəndis vəzifəsində çalışıb. 1975-79 illərdə Rusiyanın Fizika-Energetika İnstitutunun aspirantı olub. 1980 ildə Moskva ş.-də dissertasiya müdafiə edərək fizika-riyaziyyat ü.f.d. alimlik dərəcəsi alıb. 1982-84 illərdə Moskva ş.-dəki Ümumittifaq Atom Energetikası Elmi-tədqiqat İnstitutunda kiçik elmi işçi, 1984-86 illərdə Moskva ş.-dəki Ümumittifaq nəzarət-ölçü istehsalat birliyi institutunda baş elmi işçi, 1986-89 illərdə isə Tibbi-bioloji problemlər institutunda Sektor müdiri vəzifəsində çalışıb. 1990–2011 illərdə BDU Radiasiya və onun ətraf mühitə təsiri fakültələrarası Elmi-tədqiqat Laboratoriyasında laboratoriya rəhbəri olub. 29 elmi əsəri müxtəlif jurnallarda çap edilib. Hazırda “Radiasiya və onun ətraf mühitə təsiri” fakültəarası ETL-in aparıcı elmi işçisidir.
Məlmat V.Abdullayevdən alınıb.