Mustafayeva Ülviyyə Tahir qızı (15.11.1980, Göyçay r-nunun Bəydövül k.) – yazıçı, tərcüməçi və publisist.
BDU-nun Tarix fakültəsini (2002) və Azərb. Dillər Universitetinin İngilis dili fakültəsini bitirib. 150-yə yaxın hekayə, araşdırma məqalənin və tərcümə kitablarının müəllifidir. “Stokholm Sindromu” hekayəsi ilə “Ədəbi Azadlıq–2015” müsabiqəsində iştirak edib. “Şeytanın missiyası”, “Buqələmun”, “Ortaq şəhər (hekayələr kitabı)”, “ALJİR”, “Şükriyyə taleyim” və s. kitabların, o cümlədən “Bədən dili” (Co Navarra, Marvin Karlins) və “Qadın psixologiyası” (Nevzat Tarhan) tərcümə kitablarının müəllifidir.
Məlumat ailəsindən alınıb.