(10.1.1952, Göyçay r-nunun Çərəkə k.-13.5.2016, Göyçay r-nunun Çərəkə k.) – “Əməkdar müəllim” (2010).
Nəbiyev 1968 ildə Göyçay r-nunun Çərəkə k. orta məktəbini bitirib. 1968-72 illərdə APİ-nin Riyaziyyat fakültəsində təhsil alıb. 1972-74 illərdə Çərəkə k. natamam orta məktəbdə müəllim işləyib. 1974-75 illərdə hərbi xidmətdə olub. 1975-76 illərdə Çərəkə k. natamam orta məktəbdə müəllim, 1976-92 illərdə direktor işləyib. 1992 ildə Göyçay r-n Təhsil şöbəsində metodiki mərkəzin direktoru vəzifəsinə təyin olunub. 1994 ilin sentyabr ayında R-n təhsil şöbəsinin müdiri vəzifəsinə irəli çəkilən Nəbiyev 20 ildən artıq – 2015 ilin mart ayına kimi həmin vəzifədə işləyib. Resp. mətbuatında Nəbiyevin Göyçay təhsilinin inkişafında əldə etdiyi uğurlar barədə məqalələr dərc olunub.
Ağır xəstəliyi ilə əlaqədar vəzifəsindən azad olunub. Təhsil şöbəsinin müdiri vəzifəsində işlədiyi illər ərzində r-n təhsilinin inkişafında səmərəli fəaliyyət göstərən Nəbiyev Resp. Prezidenti İlham Əliyevin sərəncamı ilə 05.10.2010 ildə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.
Məlumat A.Məmmədən alınıb.