(28.9.1972,Göyçay r-nunun Şəkər k.–23.1.1994, Füzuli r–nu ərazisində) – Birinci Qarabağ müharibəsi şəhidi.
Kənd orta məktəbini bitirəndən sonra Bədən tərbiyəsi texnikumuna daxil olub. Texnikumu bitirəndən sonra bir müddət kənd orta məktəbində müəllim kimi fəaliyyət göstərib. Daha sonra torpaqlarımızın erməni işğalından müdafiəsi üçün cəbhə bölgəsinə yollanıb. Burada bölük komandiri kimi fəaliyyət göstərən Coşqun Füzuli r-nunun Əhmədalılar k. ətrafında ağır döyüşlərin birində şəhidlik zirvəsinə ucaldı və doğma kəndlərində dəfn olundu.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi