(15.6.1918 Göyçay r-nunun Çərəkə k.–3.11.2000, Göyçay r-nunun Çərəkə k.) – pedaqoq, Əməkdar müəllim (1981).
Göyçay Pedaqoji Texnikumunu (1941), Sabir adına Pedaqoji Texnikumu (1949), M.F.Axundov adına Xarici Dillər İnstitutunun Rus dili fakültəsini (1960) bitirib. Pedaqoji fəaliyyətə 1941 ildə Çərəkə k. 7 illik məktəbdə başlayıb. 1942 ilin yanvar ayında könüllü olaraq cəbhəyə gedib. Hərbi kursda oxuyaraq topçu olub. Voronej və Kusda iki dəfə yaralanıb. Sağaldıqdan sonra Perm ş.-də hərbi kursda oxuyaraq zabit rütbəsi alıb. 1944 ildə Jitomir yaxınlığındakı döyüşlərdə yenidən ağır yaralanır və tərxis olunur. Ordudan qayıtdıqdan sonra müəllimlik fəaliyyətini davam etdirir. Nəcəfov səmərəli pedaqoji fəaliyyətinə görə dəfələrlə fəxri fərmanlarla təltif olunub, “Əməkdar müəllim” fəxri adına layiq görülüb.
Məlumatı A.Məmməddən alınıb