(1982, Göyçay r-nunun Qaraxıdır k.) – tibb.ü.f.d.
1982 ildə Göyçay r-nunun Qaraxıdır k.-də anadan olub. 2005i ildə Azərb. Tibb Universitetinin müalicə-profilaktika fakultəsini fərqlənmə diplomu ilə bitirib. 2005-06 illərdə Milli Onkologiya Mərkəzində internatura keçib. 2006-08 illərdə Milli Onkologiya Mərkəzində kliniki ordinaturada tədrisini davam etdirib. 2008–12 illərdə Türkiyə və Rusiyada uzun müddətli ixtisas artırma kursları keçib. 2008 ildən Milli Onkologiya Mərkəzinin Şüa terapiyası şöbəsində və Uşaq klinikasında radiasion onkoloq vəzifəsində çalışır. 9 elmi nəşri çap olunub. Rus və İngilis dillərini bilir. Tibb elmləri üzrə fəlsəfə doktorudur. 2016 ildə onkologiya sahəsinin inkişafında göstərdiyi fəaliyyətlərinə görə “Fəxri fərman”la təltif edilib, həmçinin “İlin həkimi 2017” Ali media mükafatına layiq görülüb.
Mənbə: V.Abdullayev, R.Quliyev. Çinarlı yurdun övladları (əlyazması hüququnda). s.44-45