(23.4.1957, Göyçay r-nunun Qaraman k. – 2015, Bakı ş.) – pedaqoq alim, pedaqogika e.n. (1987), dos.
İ.Lenin adına APİ-nun Tarix fakültəsini bitirib (1979). Sonra Göyçay r-nunda müəllimlik edib. 1987 ildən ADPU-nun “Pedaqogika” kafedrasında müəllimlik edib. 2013 ildən Bakı Qızlar Universitetinin “Pedaqogika” kafedrasının müdiri təyin olunub. 40-dan artıq elmi əsərin, 3 monoqrafiya, 2 dərslik, 5 proqram və 2 metodik vəsaitin müəllifi idi. “Hacı Rəhim Əfəndi” kitabının həmmüəllifidir.
Məlumat V.Abdullayevdən alınıb.