(23.5.1968, Cəlilabad r-nunun Təzəkənd k.) – politoloq, siyasi şərhçi, Azərb. MM V, VI çağırış deputatı, YAP Beynəlxalq əlaqələr komissiyasının katibi, siyasi e.d. (2011), prof. (2012).
1992-94 illərdə Azərb. Dillər Universitetində ikiillik ingilis dili kursunda təhsil almış və fərqlənmə sertifikatı ilə bitirmişdir. 1995-2000 illərdə BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının dissertantı olmuşdur. 1995-2003 illərdə BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasında çalışmışdır. 2001 ildə “Azərbaycan-ABŞ münasibətləri. 1991-1997-ci illər” mövzusunda dissertasiya işini müdafiə edərək tarix elmləri üzrə f.d. elmi dərəcəsi almışdır. 2011 ildə “ABŞ və beynəlxalq terrorizm problemi” mövzusunda siyasi elmlər üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir.
2012 ildən Azərb. Resp-sının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının professorudur. 2004 ildən Azərb. Resp-sının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə” elmi-nəzəri və praktiki jurnalının Redaksiya heyyətinin üzvü, 2012 ildən isə məsul katibidir. 2012 ildən Rumıniya Respub.-nın nüfuzlu “Geopolitika” elmi-analitik jurnalının Redaksiya heyyətinin üzvüdür.
2007 ildən Azərb. Resp-sının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Siyasi və tarix elmləri üzrə Ekspert Şurasının ekspertidir. 2008-13 illərdə Azərb. Resp-sının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini vəzifəsində çalışmışdır.
9 kitab, 100-dən çox elmi məqalə və 6 tədris-metodik vəsaitin müəllifidir.
2006 ildə BMT nəzdində Universal Sülh Federasiyası və Dünyada Sülh Uğrunda Dinlərarası və Beynəlxalq Federasiya tərəfindən “Sülh səfiri” fəxri adına layiq görülmüşdür.
MM-sin İnsan hüquqları komitəsinin, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Almaniya Federativ Respublikası, Belarus, Çin, Fransa, İndoneziya, Qazaxıstan, Latviya, Lüksemburq, Macarıstan, Özbəkistan, Pakistan, Şimali Makedoniya, Türkiyə, Ukrayna, Rusiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Avropa İttifaqı–Azərbaycan parlament əməkdaşlığı komitəsinin üzvüdür.
Azərb. Resp-sının ictimai-siyasi həyatında fəal iştirak edən şəxslərin təltif edilməsi haqqında Azərb. Resp-sı Prezidentinin 30 Noyabr 2022 il Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Məlumat Azərb. Resp.-sının MM-sinin saytından götürülmüşdür.