(4.6.1947, Bakı ş.) – filolog alim, ingilis dili və ədəbiyyatı üzrə mütəxəssis, “Əməkdar müəllim“ (2011).
Azərbaycan Xarici Dillər İnstitutunu (indiki Azərbaycan Dövlət Dillər Universiteti) ingilis dili müəllimi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib (1970). 1970–91 illərdə həmin təhsil ocağında ingilis dili müəllimi kimi fəaliyyət göstərmiş, sonrakı fəaliyyətini isə Xəzər Universitetində davam etdirmişdir. 1991 ildən həmin Universitetdə Hazırlıq fakultəsinin dekanı, elmi şuranın üzvü, audeo-video mərkəzin direktoru, İngilis dili və ədəbiyyatı departamentinin baş müəllimi kimi fəaliyyət göstərir. 1990-92 illərdə ADNA-sı (indiki ADNSU) nəzdində biznes kollecində ingilis dili müəllimi kimi çalışıb. Elmi fəaliyyətilə əlaqədar dünyanın bir sıra ölkələrində, o cümlədən ABŞ-ın Los-Anceles və Böyük Britaniyanın Nottinqem Trent Universitetlərində, Avstriyanın Zalzburq Təhsil və Mədəniyyət mərkəzində çalışmış, müxtəlif konfranslarda və tədbirlərdə iştirak etmişdir. İngilis dili və ədəbiyyatının tədrisi metodikası ilə əlaqədar bir sıra beynəlxalq sertifikatlara layiq görülüb. 1999 ildən eyni zamanda Britaniya səfirliyinin Xarici Diplomatlarla İş Mərkəzində məsləhətçi kimi fəaliyyət göstərir. Əsas tədqiqat sahəsi: “İngilis ədəbiyyatı: Şekspir klassik və modern dövrdə”.
Əsərləri:
- “Hüquqlarımızın tələbi”, Tərcümə, 2 cilddə. 1997, Qlobal Bacılıq İnstitutunun (Washington D.C.) sifarişilə.
- Azərbaycan dilini öyrənən xaricilər üçün “Azərbaycan dili” dərsliyi, Bakı, 2000.
- “Poetik tərcümə toplusu”. Tərcümələr, I cild. Xəzər Universiteti Nəşriyyatı, 2005.
- “Yaşamağa nə var ki?”. Poetik tərcümələr və esselər. Xəzər Universiteti Nəşriyyatı, 2018.
Məlumatı V.Abdullayev təqdim edib.