21.09.2000-ci il tarixdə Göyçay rayonu Üngütlü kəndində anadan olmuşdur. İlk orta məktəb təhsilini Göyçay şəhər 1 nömrəli məktəbində alıb. Daha sonra Göyçay Dövlət İdarəetmə və Texnologiya kollecinə daxil olub.
03.07.2019-cu il tarixdə həqiqi hərbi xidmətə cağrılmtşdır. 28 noyabr 2020-ci il tarixdə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ile təltif edilmişdir.