Azərb. torpağının ən qədim nemətlərindən biridir. Narda həm həyat şirəsi, həm də günəş qaynağı var. Ona görə də xalq təbabətində narı min bir dərdin məlhəmi hesab edib, şəfa mənbəyi adlandırıblar.
Narın müalicəvi xassəsi qədim zamanlardan misirlilərə, assuriyalılara, yunanlara və romalılara məlum idi. Hələ 4 min il bundan əvvəl Çin təbibləri nar qabığını qurd dərmanı kimi işlətmişlər. Azərb. ərazisində onun öz vətəni, yurdu var. Qarabağda, Ağdamın yaxınlığında, Şirvan torpağında isə Göyçayda.
Arxeoloji qazıntılar zamanı Mingəçevirdən və Gəncəçay ərazisindən miladdan öncə Vl-V minilliklərə aid nar ağacının qabığı aşkar olunmuşdur.
Narın, ümumiyyətlə, 300-dən çox növü məlumdur. Bunlardan da 200-ə qədəri yalnız Azərb.-da becərilir. Resp.-mızda gülöyşə, balamürsəl, vələs, qırmızıqabıq, nazikqabıq, şahnar, qırmızı mələz, mələzi, şirin və s. nar növləri yetişdirilir. Hələ qədim zamanlardan Novruz bayramında, el şənliklərində nar meyvəsindən şərbət, narşərab adlanan qatı nar şirəsi hazırlayırlar.
Mənbə: Novruz bayramı ensiklopediyası, “Şərq-Qərb” nəşriyyatı, Bakı, 2008, s. 137.