
Azərbaycan torpağının ən qədim nemətlərindən biridir. Narda həm həyat şirəsi, həm də günəş qaynadığı var. Ona görə də xalq təbabətində narı min bir dərdin məlhəmi hesab edib, şəfa mənbəyi adlandırıblar.
Narın müalicəvi xassəsi qədim zamanlardan misirlilərə, assuriyalılara, yunanlara və romalılara məlum idi. Hələ 4 min il bundan əvvəl Çin təbibləri nar qabığını qurd dərmanı kimi işlətmişlər. Azərbaycan ərazisində onun öz vətəni, yurdu var. Qarabağda, Ağdamın yaxınlığında, Şirvan torpağında isə Göyçay.
Arxeoloji qazıntılar zamanı Mingəçevirdən və Gəncəçay ərazisindən miladdan önco Vl-V minilliklərə aid nar ağacının qabığı aşkar olunmuşdur.
Narın, ümumiyyətlə, 300-dən çox növü məlumdur. Bunlardan da 200-ə qədəri yalnız Azərbaycanda becərilir. Respublikamızda gülöyşə, balamürsəl, vələs, qırmızıqabıq, nazikqabıq, şahnar, qırmızı mələz, mələzi, şirin və s. nar növləri yetişdirilir. Hələ qədim zamanlardan Novruz bayramında, el şənliklərində nar meyvəsindən şərbət, narşərab adlanan qatı nar şirəsi hazırlayırlar.
Əd.: Novruz bayramı ensiklopediyası, “Şərq-Qərb” nəşriyyat, Bakı, 2008, s. 137