(8.5.1974, Göyçay r-nunun Mallı–Şıxlı k.–13.10.1992, Füzuli r-nu ərazisində) – Birinci Qarabağ müharibəsi şəhidi.
Kənd orta məktəbi bitirəndən sonra 106 saylı Texniki peşə məktəbində sürücülük peşəsinə yiyələnir. 1992 ilin mayında cəbhə bölgəsinə yola düşür. O, bir çox döyüşlərdə fəallıq göstərir. Oktyabrın 13-də Füzuli r-nunun Şəkərcik k. döyüş mövqeyinə gedərkən idarə etdiyi maşın mərmi zərbəsindən partlayır və bu zaman Habil şəhid olur. Oktyabrın 17-də isə Göyçay Şəhidlər xiyabanında dəfn olunub.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.