(1980, Göyçay ş.) – şairə, AYB-nin üzvü və əməkdaşı, Prezident Mükafatçısı.
Bakı ş. Nərimanov r. 39 saylı orta məktəbdə təhsil alıb. Daha sonra təhsilini Nizami rayonu 289 saylı Zəngi liseyində davam etdirib. 1997 ildə həmin liseyi bitirərək 1 saylı Bakı Tibb Məktəbinə daxil olub, tibb bacısı ixtisasi alıb. 2012 ildə Bakı Slavyan Universitetinin ” Yaradıcılıq” fakültəsinə daxil olub. Şeirləri “Azərbaycan”, “Ulduz”, “Literaturnıy Azerbaydjan” jurnallarında, “Ədəbiyyat qəzeti”, “525-ci qəzet”, “Ədalət”, “Kaspi” qəzetlərində, “Poeziya günü” almanaxında (2010), ingilis dilində “Buta” (2010) poeziya antologiyasında və digər mətbu orqanlarda müntəzəm çap olunur. Radio və televiziya dalğalarında müntəzəm çıxışları olur. Şeirləri bir neçə xarici dilə tərcümə edilib və Vaşinqtonda, İraqda, Türkiyədə və Təbrizdə ədəbi dərgilərdə çap olunub. Şairin “Yanaqda yağış yeri”, “Yoxluğuna və sağlığına”, “Darıxmaq kimi” kitabları işıq üzü görüb. Internet məkanında, ədəbi portallarda daim yeni şeirləri ilə çıxışlar edir. Şeirlərinə mahnılar bəstələnib. Tamaşalara mahnı mətnləri yazıb.
Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təsis etdiyi Gənc Ədiblər Məktəbinin xüsusi diplomuna layiq görülüb. Prezident təqaüdçüsüdür.
Mənbə: https://az.wikipedia.org/wiki/Nuran%C9%99_Nur