(5.11.1966, Göyçay r-nunun Mırtı k.-26.2.1992, Xocalı ş. ərazisində) – Birinci Qarabağ müharibəsi şəhidi.
Orta məktəbin səkkizinci sinfini bitirdikdən sonra Bakı Yüngül Sənaye Texnikumunda təhsilini davam etdirib. Daha sonra ilk hərbi xidmətini keçmək üçün RF-nin Murmansk vilayətinə yollanıb. 1988 ildə hərbi xidmətini başa vurub vətənə dönərək Xocalı tikiş fabrikində əmək fəaliyyətinə başlayıb. 1992 ildə Milli Qəhrəman T.Hüseynovun rəhbərlik etdiyi Xocalı könüllü müdafiə batalyonu tərkibində Vətənin müdafiəsinə qoşulub. Həmin il Xocalı döyüşləri zamanı qəhrəmancasına şəhid olub və doğulduğu kənddə dəfn olunub.
Məlumat ailəsindən alınmışdır