(5.11.1966, Göyçay r-nunun Mırtı k. – 26.2.1992, Xocalı ş.) – Birinci Qarabağ müharibəsi şəhidi.
Orta məktəbin səkkizinci sinfini bitirdikdən sonra Bakı Yüngül Sənaye Texnikumuna daxil olub. Daha sonra ilk hərbi xidmətini keçmək üçün RF-nin Murmansk vilayətinə yollanıb. 1988 ildə hərbi xidmətini başa vurub vətənə dönərək Xocalı Tikiş Fabrikində əmək fəaliyyətinə başlayıb. 1992 ildə Milli Qəhrəman T.Hüseynovun rəhbərlik etdiyi Xocalı könüllü müdafiə batalyonu tərkibində Vətənin müdafiəsinə qoşulub. Həmin il Xocalı döyüşləri zamanı həlak olub.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.