(24.1.1946, Göyçay ş.) – Azərb. ədliyyə sisteminin tanınmış nümayəndələrindən biri, müstəqil Azərb. Resp.-nın ilk Ədliyyə naziri, Baş ədliyyə müşaviri.
BDU-nun hüquq fakültəsini bitirib (1971). 1973–77 illərdə Gəncə ş. xalq məhkəməsində, 1977–80 illərdə isə Resp. Ali məhkəməsində hakim kimi fəaliyyət göstərib. Daha sonra əmək fəaliyyətini Ali Məhkəmənin sədr müavini (1980–82) və sədrin birinci müavini (1982–85) kimi davam etdirib. 1985–93 illərdə Ə.Orucov Azərb. SSR ədliyyə naziri vəzifəsini icra edib. Həmin dövrdə Ə.Orucov eyni zamanda Azərb. Resp. Prezidentinin Qarabağ üzrə daimi nümayəndəsi kimi məsul vəzifəyə irəli çəkilib. Ə.Orucov sonrakı illərdə həmçinin Azərb. Milli Yaradıcılıq Akademiyasının Prezidenti (1993–95) və Azərb. Resp. Ədliyyə Nazirliyinin Notariat və VVAQ idarəsinin rəisi (1995–2001) vəzifələrində də çalışıb. Hazırda fəxri təqaüddədir.
Mənbə: V.Abdullayev, R.Quliyev. Çinarlı yurdun övladları (əlyazması hüququnda). s.51